Azərbaycan Respublikası Xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ-nin keçmiş Prezidenti Cimmi Karterin xatirəsinə açılan başsağlığı kitabını imzalayıb.
Visiontv.az APA-ya istinadən xəbər verir ki bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi sosial mediada paylaşım edib.
“Keçmiş prezident Karterin və onun sülhməramlı və dövlət xadimi olaraq qoyduğu irsin şərəfinə başsağlığı kitabımızı imzalamaqda bizə qoşulan xarici işlər nazirinin müavini Elnur Məmmədov da daxil olmaqla hər kəsə təşəkkür edirik”, - məlumatda qeyd edilib.