17 illik fəaliyyətinə qədəm qoyan “SOCAR Türkiyə” Qrupunda hazırda 32 şirkət cəmləşib ki, burada 5500 nəfər işçi çalışır.
“SOCAR Türkiyə” fəaliyyətini 3 seqmentdə həyata keçirir və Türkiyənin ən iri xarici investoru hesab edilir. Qrup üzrə həyata keçirilən layihələrə kapital qoyuluşu $18.5 mlrd təşkil edib ki, bunun $6.7 mlrd-ı STAR neft emal zavodunun, $6.31 mlrdı-ı TANAP qaz kəmərinin payına düşüb, $2.04 mlrd-ı isə “Petkim” kimya holdinqində nəzarət paketinin alınmasına sərf edilib. O ki, qaldı gəlirlərə..?
SOCAR-ın illik qazancının 1/5 hissəsi məhz qardaş Türkiyədəki fəaliyyətdən qaynaqlanır (təqribən 70% isə İsveçrənin payına düşür). SOCAR-ın xarici ölkələrdəki fəaliyyəti nə siyasi xarakterlidir, nə də sosial-humanitar: yəni hamısı gəlirlə işləyən layihələrdir, fərqi yoxdur bu Gürcüstandır, ya Ukrayna və ya digər ölkələr…
İlham Şaban
visiontv.az