Xameneinin hərbi müşaviri: İran Hörmüz boğazında ikinci marşrutun açılmasına icazə verməyəcək
07.08.2026

Hörmüz boğazında ikinci marşrutun açılmasına icazə verməyəcəyik.

Bu barədə İranın  Ali Rəhbərinin hərbi müşaviri Möhsün Rezai “X” hesabında bildirib.

Onun sözlərinə görə, mühasirənin davam etdirilməsi  ABŞ gəmiləri və hərbi qüvvələri üçün ciddi təhlükələr və itkilər yarada bilər.

“ABŞ davranışını dəyişməlidir. Əks halda biz bu vəziyyətə dözməyəcəyik”, – Rezai qeyd edib.

O vurğulayıb ki, İran Hörmüz boğazında ikinci marşrutun açılmasına heç vaxt icazə verməyəcək.

visiontv.az