Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya son hava hücumlarına cavab olaraq yeni sanksiyalar qəbul edib.
Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas “X”-də bildirib.
Məlumata görə, yeni sanksiyalar Rusiyanın hərbi-sənaye kompleksində fəaliyyət göstərən beş fiziki şəxsi hədəf alır.
Paylaşımda vurğulanıb ki, Ukraynaya qarşı həyata keçirilən hər yeni hücum Rusiyaya təzyiqlərin daha da artırılması üçün əsas yaradır.
visiontv.az
Yaponiyanın Okinava və Kaqosima hava limanlarında qasırğa səbəbindən 470 reys ləğv edilib