Xamenei ABŞ-ı təhdid edib: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq
04.11.2026

ABŞ-ın hücumu təkrarlanacağı təqdirdə, İranın cavabı daha geniş ölçüdə olacaq.

 Bu barədə İranın  Ali Rəhbəri  Ayətullah Müctəba  Xamenei  “Qlobal imperializmlə milli mübarizə günü” ilə bağlı bəyanatında xəbərdarlıq edib.

Onun sözlərinə görə, İranın Hörmüz boğazında idarəçiliyi ələ alması və region ölkələrində  ABŞ hərbi bazalarının məhv edilməsi fevral ayında başlayan müharibəyə cavab olub.

Xamenei  ABŞ-da keçirilən aralıq seçkilərinə də münasibət bildirib. İranın  Ali Rəhbəri vurğulayıb ki, ABŞ-da siyasi partiyaların yerdəyişməsi və Vaşinqtonun təzyiqləri qarşısında güzəştə getməyin “ABŞ-ın İrana qarşı düşmənçiliyini” azaldacağını düşünənlər yanılır.

Xamenei ən cüzi təslimçiliyə meyilliliyin nümayiş etdirilməsinin  ABŞ-ın daha çox irəli getməsinə gətirib çıxaracağını bəyan edib.

İranın  Ali  Rəhbəri  “ABŞ-ın çöküşünün sürətləndiyini” də əlavə edib.

visiontv.az