Vaşinqton dəhlizin İrandan keçməməsi üçün İrəvana təzyiq edir
Vaşinqton dəhlizin İrandan keçməməsi üçün İrəvana təzyiq edir
09.08.2024 Məhəmməd Əsədullazadə Tərəfindən

Azərbaycanla Ermənistan arasında ikitərəfli razılığa əsasən nəqliyyat və kommunikasiyaların açılması sülh müqaviləsindən çıxarılaraq sonrakı mərhələyə saxlanılıb. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə məhz bu bəndlə bağlı fikir ayrılıqları var idi. Azərbaycan jest edərək sülhdə daha maraqlı tərəf olduğunu bir daha ortaya qoydu. Ermənistan tərəfi rəsmi açıqlama verərək Azərbaycanla bu məsəldə razılıq əldə edildiyini vurğuladı.

Qeyd edim ki, bir neçə gün bundan əvvəl, prezidentin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi E. Əmirbəyov ABŞ -da səfərdə olub. Vaşinqtonda mühüm görüşlər keçirib. Görünür, ABŞ rəsmiləri iki dövlət arasında sülh müqaviləsi üzrə danışıqlarda fikir ayrılıqları yaradan bənd olduğu üçün Azərbaycandan bu bəndin çıxarılmasını xahiş edib. Vaşinqton Zəngəzur yolunun açılmasında maraqlıdır və İrandan dəhlizin keçməməsi üçün Yerevana təzyiqlər edir.

ABŞ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üçün maksimum vasitəçilik edir. Yaxın perspektivdə sülh müqaviləsinin bağlanması mümkün ola bilər. Həmçinin Azərbaycan Ermənistanla demarkasiya prosesi çərçivəsində 900 hektar ərazi qarşı tərəfə verilib. Bu ərazidən sərhəd qoşunları geri çəkilib. Azərbaycan prezidenti İlham Əliyev Cənubi Qafqazda maksimum sülhün əldə edilməsi istiqamətində mühüm addımlar atır. Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılmasına da razılıq verib. Onun texniki məsələləri müzakirə predmeti olaraq qalıb.

Məhəmməd Əsədullazadə, Milli Cəbhə partiyasının başqanın müavini

visiontv.az