Etnik bəlucların kompakt yaşadığı Sistan və Bəlucistan əyalətinin 700 kəndində içməli su qıtlığı yaşanır.
Bu barədə əyalətin Çabahar rayonunun Şəhər Şurasının başçısı Rəhim Çənqal məlumat yayıb.
O, içməli su probleminin xüsusən sahil bölgələrində daha şiddətli olduğunu deyib.
"Çabaharda 30 il əvvəl 70 min nəfər üçün inşa edilən su təchizatı hazırda 140 min nəfərin yaşadığı bölgənin ehtiyaclarını ödəyə bilmir".- Çənqal bildirib.
Bölgənin İran parlamentindəki nümayəndəsi Məhəmməd Ənvər Becarzehi də məsələ ilə bağlı verdiyi açıqlamada problemin həlli üçün vəsait ayrılmadığına diqqət çəkib.
Millət vəkili, uzun illərdir 6 rayonun 700 kəndinin əhalisinin içməli su ehtiyaclarının səyyar su tankerləri ilə təmin edildiyini söyləyib.
visiontv.az