Ərdəbildə "Urfan" təriqətinə mənsub 7 fəalı həbs ediblər
14.01.2025

SEPAH-ın təhlükəsizlik və kəşfiyyat bölməsinin əməkdaşları Ərdəbildə islam dininin "Urfan" təriqətinə mənsub 7 fəalı həbs ediblər.

Bu barədə Ərdəbil əyalətinin baş prokuroru Calal Afaqi məlumat yayıb.

Afaqinin sözlərinə görə, həbs edilənlər “şəriətə zidd fəaliyyət, qeyri-qanuni əlaqə, saxta elmi adlardan istifadə, müalicə iddiası ilə tibbi işlərə müdaxilə, qanunsuz yollarla var-dövlət əldə etmək və sistemə qarşı təbliğat" da ittiham ediliblər.

Həbs edilənlərin kimliyi və harada saxlanıldıqları barədə açıqlama verilməyib.

Qeyd edək ki, İran hakimiyyəti "Ürfan halqası" kimi tanınan təriqət üzvlərini "devinat" və "anti islam" təriqəti kimi tanıyır və onun üzvlərinə qarşı sərt cəza hökmləri çıxarır.

visiontv.az