Vaqnerçilərin “kasıblar üçün kokain” biznesi
14.07.2026

Vaqner özəl hərbi şirkətinin keçmiş muzdluları Mərkəzi Afrika Respublikasındakı (MAR) Ubanqi çayının yuxarı hövzəsində möhkəmlənərək, burada narkoimperiya yaradıblar.

Bu məlumatı “The Wall Street Journal” mənbələrinə istinadən yayıb. Qəzet yazır ki, bu qrupa Kreml nəzarət etmir, yerli hüquq mühafizə orqanları isə onlarla heç nə edə bilmirlər. Hazırda vaqnerçilərə özəl hərbi şirkətin təsisçisi olmuş Yevgeni Priqojinin oğlu Pavel Priqojin rəhbərlik edir.

“The Wall Street Journal”a görə, MAR-dakı keçmiş vaqnerçilərin əsas biznesinə “kasıblar üçün kokain” adlandırılan qanunsuz tramadol ticarəti çevrilib. Tibbi norması 50-100 mq olan bu dərman tabletlərini, vaqnerçilər 200 mq həcminə çatdıraraq yaymağa başlayıblar.

Belə ki, vaqnerçilər Hindistanda istehsal edilən tramadolu əvvəlcə Konqoya daha sonra isə qaçaqmalçılıqlar MAR-a gətirərək, buradan qonşu ölkələrə satışını həyata keçirirlər. Bu işə isə 2023-cü ildə Yevgeni Priqojinin aviaqəzada ölməsindən sonra MAR-da qalan 500 vaqnerçi nəzarət edir.

Afrika Strateji Tədqiqatlar Mərkəzi isə Priqojinin qrupunun MAR-ı de-fakto özünə tabe etdiyini yazıb. Təşkilat qrupun ordu və yerli qruplara sızdığını və hətta tramadolu prezident qvardiyasının döyüşçülərinə sata biləcək qədər gücləndiyini yazıb.

visiontv.az