ABŞ raket zərbəsi Xəzər dənizi sahilində SEPAH-ın hərbi-dəniz bazasına ziyan vurub
25.07.2026

İran rəsmisinin bildirdiyinə görə, ABŞ-ın cümə günü səhər saatlarında endirdiyi raket zərbəsi nəticəsində İranın Xəzər dənizi sahilində, Zibakənar bölgəsində yerləşən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi-dəniz bazasının bir hissəsinə ziyan dəyib.

Gilan vilayətinin siyasi və təhlükəsizlik məsələləri üzrə qubernator müavini Əli Baqiri ISNA agentliyinə bildirib ki:“Cümə günü səhər saat 07:30 radələrində raket hücumu nəticəsində bazada yerləşən avadanlıqların bir hissəsinə ziyan dəyib.”

Baqiri əlavə edib ki, ilkin qiymətləndirmələrə əsasən, indiyədək insan tələfatı barədə heç bir məlumat yoxdur.

visiontv.az