Pentaqon Rusiyanın 33 universitetini və elmi-tədqiqat institutunu ABŞ-nin milli təhlükəsizliyinə təhdid yaradan qurumlar siyahısına daxil edib.
ABŞ Müdafiə Nazirliyinin açıqladığı siyahıya Moskva Dövlət Universiteti, Ali İqtisadiyyat Məktəbi, Moskva Fizika-Texnika İnstitutu, Kurçatov İnstitutu, Skoltex, Tomsk Politexnik Universiteti və Rusiyanın daha 20-dən çox ali məktəbi, elmi institutu və tədqiqat təşkilatı daxil edilib.
Ümumilikdə siyahıda Rusiya, Çin və İrandan 130 təşkilat yer alıb.
ABŞ Müdafiə Nazirliyi bundan sonra həmin siyahıya daxil edilən qurumlarla birgə fundamental tədqiqatları maliyyələşdirə bilməyəcək.
visiontv.az