Urmunun Dizəc Təkyə kəndində məscid çökdü: Yaralılar var
18.06.2024

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin yaxınlığında yerləşən Dizəc Təkyə kndinin məscidinin tavanı çöküb.

Bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, iyunun 17-də baş verən hadisə nəticəsində yaralanan 8 nəfər xəstəxanaya köçürülüb.

Yerli mənbələr məscidin təmiri üçün yerli əhali və xeyriyyəçilərdən toplanan ianə kənd şurası və cümə imamı tərəfindən mənimsənilib.

visiontv.az