Azərbaycanla Rusiya bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq edəcək
24.10.2024

Azərbaycan ilə Rusiya bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq edəcək.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və və parlamentlərarası əlaqələr komitəsində bu gün keçiriləcək iclasın gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.