Türkiyə də terror siyasi açılımı hədəf alıb...
24.10.2024

Türkiyədə həyata keçirilən terror təsadüfi deyil. Prezident R. T. Ərdoğan PKK terror təşkilatına son qoymaq üçün uğurlu şəkildə hərbi-siyasi işlər aparır. PKK terror təşkilatına böyük zərbə vurulub. Həm İraqda, həm də Suriyada bu terror təşkilatını tam aradan götürmək üçün PKK lideri Abdullah Öcalanla müzakirələr aparılır. Hətta CHP sədri Özgür Özər həbsxanada PKK yanlısı S. Demirtaşla görüşdü. MHP sədri, Dövlət Baxçalı Abdullah Öcalanın Türkiyə parlamentində çıxış edərək rəsmi şəkildə PKK son verildiyini və silahı yerə qoymağa çağırmaği təklif etdi.

Göründüyü kimi Türkiyə prezidenti R.T.Ərdogan PKK terroruna tamamilə son verməyə, hətta A. Öcalanı həbsdən azad edilməsinə razıdır. Danışıqlar prosesi müsbət istiqamətdə davam edərsə, A. Öcalan PKK çağırış edəcək. Hazırda terror təşkilatının lideri A.Öcalandı və onun dedikləri PKK üçün qanundur.

40 ildir davam edən PKK terroruna son vermək cənab Ərdoğanın əsas strategiyasıdir. Bugün ki, terror məhz danışıqları pozmağa hesablanıb. PKK daxilində də barışa qarşı və silahı yerə qoymağa hazır olmayanlar var.

Məhəmməd Əsədullazadə, MCP Başqan müavini

visiontv.az