Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu (Urmiya) şəhərinin həbsxanasında Mehrab Abdullahzadə adlı məhbus edam edilib.
Bu barədə İran Məhkəmə Hakimiyyətinin "Mizan" saytı məlumat yayıb.
Onun hökumət məmuru Abbas Fatemiyyə adlı şəxsin ölümündə günahlandırıldığı bildirilib.
1997-ci ildə Urmuda anadan olan Mehrab Abdullahzadə, 2022-ci il oktyabrın 22-də etiraz aksiyasında həbs edilmişdi.
Qeyd edək ki, bu son iki gün ərzində Urmu həbsxanasında edam edilən üçüncü etirazçıdır.
Mayın 2-də Yəqub Kərimpur və Nasir Bəkrzadə "İsrail ilə casusluq və kəşfiyyat əməkdaşlığı" və "Mossadla əməkdaşlıq yolu ilə yer üzündə fəsad yaymaq" ittihamına görə edam ediliblər.
visiontv.az