Urmiyada PKK terrorçularından "Novruz" çağırışı
19.03.2025

Urmiyada kürdlər tərəfdarlarını öz terror qruplarının uniforması kimi tanınan “torpaq rəngli” paltarlarla Novruz mərasimlərində iştirak etməyə çağırıblar.

Qeyd edək ki, İran rejimi bu təxribat xarakterli hərəkətlərinə əlavə olaraq, kürd terror qruplaşmalarının qaçaqmalçılıq fəaliyyətlərinə göz yumur və bu qruplaşmalara qanunsuz maliyyə axımına imkan yaradır. Bundan başqa rejim əsas vəzifələri kürdlərə verməklə, Qərbi Azərbaycan ostanını kürdləşdirməyə cəhd edir. Beleləliklə rejim Güney Azərbaycan türkləri ilə Türkiyə və Azərbaycan Cümhuriyyətləri arasında sədd yaratmağa çalışır.

visiontv.az