2.04.2020
Axtar
Dünya
alt

Ukrayna metroları bağladı

Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə yayılan koronavirusa görə, bütün metro stansiyalarının sabah saat 12:00-dan etibarən bağlanmasına göstəriş verdi.

Visiontv.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Zelenski özünün Teleqram kanalında bildirib.

“İnfrastruktur Nazirliyi 18 mart 2020-ci il saat 12:00-dan etibarən metro stansiyalarının fəaliyyətini dayandıracaq”, – deyə ölkə başçısı qeyd edib.   

"Şəhər daxilində taksilərdə və mikroavtobuslarda 10 nəfərə, trolleybus, tramvaylarda isə 20 nəfərədək adamın daşınmasına icazə verilir", – deyə o əlavə edib.

Şərh