ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və sahibkar Cared Kuşner fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Rusiya və Ukrayna arasında danışıqlarda iştirak edəcək.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.
O əlavə edib ki, bu formatda keçirilən əvvəlki görüş “mahiyyət etibarilə tarixi” olub.