Kərəc, İsfahan və Əhvaz şəhərlərinin həbsxanalarında daha 9 məhbusun edam hökmü icra olunub.
Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, Kərəcin Qızılhisar həbsxanasında 5, İsfahanın Dəstgerd həbsxanasında 3 və Əhvazın Sepidar həbsxanasında isə bir məhbus dar ağacında asılıb.
Onlar narkotik maddələrin alveri və qətldə günahlandırılıblar.
İsfahanda edam edilənlərdən biri 30 yaşlı Mahrox (Ruqəyyə) Mirzayi adlı qadın məhbus 3 il əvvəl məcburi evləndirildiyi həyat yoldaşını öldürdüyünə görə edam edilib.
visiontv.az