Türkiyənin Vitse-prezidenti Mehriban Əliyevanı Ramazan bayramı münasibətilə təbrik edib
29.03.2025

Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya Ramazan bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli Birinci vitse-prezident, Zati-alinizin və qardaş Azərbaycan xalqının Ramazan bayramını səmimi-qəlbdən təbrik edir, bu mübarək bayramın İslam aləmi və bütün dünya üçün sülhə, əmin-amanlığa və səadətə vəsilə olmasını diləyirəm.

Zati-alinizə cansağlığı və xoşbəxtlik arzulayıram".

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8