COP29 ilə bağlı Azərbaycanda olmaqdan məmnunam.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu bildirib.
Abdülkadir Uraloğlu deyib ki, Azərbaycan torpaqlarını azad etdikdən sonra dünyada ən böyük tədbirlərdən birini təşkil edir: “Bu, cəsarətli bir işdir. Buna görə Azərbaycana təşəkkür edirəm, tədbir yüksək səviyyədə təşkil olunub”.