Xameneinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imamcüməsi Seyid Həsən Amulinin dünya azərbaycanlılarının adından çıxış edərək İran prezidenti Məsud Pezeşkiana Bakıda keçirilən COP29 iqlim sammitində iştirak etmədiyinə görə təşəkkür etməsi molla sərsəmliyinin açıq təzahürüdür.
Güney Azərbaycan türkləri və bütövlükdə dünya azərbaycanlıları bu əbləhə bizim adımızdan danışmaq səlahiyyəti vermədikləri halda, bunun özünü yuyulmamış çömçə kimi ortaya atması acı gülüş doğurur.
İran 1925-ci ildən sonra azərbaycanlıların dövləti olmaq statusunu itirib, farsların dövlətinə çevrilib. Ümid edək ki, Güney Azərbaycan türkləri inşallah yaxın illərdə bu tarixi ədalətsizliyi düzəldər və Qacar türk dövlətini yenidən bərpa edərlər. Bax, həmin vaxt bu Amuli kimi dəyyusların da səsləri xırp kəsiləcək. Güneyli soydaşlarımız Amuli kimi rejim köpəklərini susdurmağı bacaracaqlar.
Pezeşkianın Azərbaycana gəlməməsindən itirən və ya zərər çəkən tərəf isə biz yox, elə molla rejiminin özü oldu. Urmu gölünü qurutmaqla iqlim fəlakətinə yol açan molla rejimi COP29-da ifşa olunacağından qorxaraq Pezeşkianın bu sammitə gəlməsinə izn vermədi. Amuli kimi dinsiz ruhanilər isə bu qərarı qınamaq əvəzinə, çəpik çalır, təşəkkür edirlər.
P.S.
Yeri gəlmişkən, Urmu gölünün qurudulmasında Çinin də İranın molla rejimi ilə əlbir olduğu bildirilir.
Bəybala Mirzəyev
visiontv.az