Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı olub
23.09.2020

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Visiontv.az Azərbaycan Prezidentinin Mətbuat xidmətinə isdinadən xəbər verir ki, Türkiyə Prezidenti dünən Ermənistanın təxribatı nəticəsində dövlət sərhədində Azərbaycan hərbi qulluqçusunun şəhid olması ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib.

Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyə Prezidenti və Türkiyə xalqının Azərbaycana daim göstərdiyi dəstəyi yüksək qiymətləndirib.