Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) keçirdiyi əməliyyatla terror təşkilatı PKK/YPG-nin qondarma Tel-Təmir vilayətinin “briqada zabiti” “Kemal Pir” kod adlı Məhəmməd Nasır Suriyada zərərsizləşdirilib.
Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, bölgə əhalisindən olduğu üçün “Barış Pınarı” bölgəsinin sərhəd xəttini çox yaxşı tanıdığı düşünülən terrorçunun raketlər üzrə mütəxəssis olduğu və təxribat planlarının hazırlanmasında fəal rol oynadığı müəyyən edilib.
Terrorçunun “Barış Pınarı” bölgəsinə qarşı əməliyyatlarda mühüm rol oynadığı qeyd edilib.
İlahə Əliyeva