Türkiyə MİT PKK-nın daha bir `yüksək rütbəli”sini İraqda zərərsizləşdirib
14.11.2023

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Süleymaniyyə şəhərində keçirdiyi əməliyyatla "qırmızı kateqoriya" üzrə axtarışda olan PKK-nın Kərkükdən məsul “yüksək rütbəli”si "Çiya Amed" kod adlı terrorçu Remzi Avcını zərərsizləşdirib.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, 1992-ci ildə terror təşkilatı PKK-ya qoşulan terrorçu Remzi Avcı Suriya və İraqda terror fəaliyyətləri həyata keçirib.

Terror təşkilatı PKK-nın Diyarbəkirdə çuxur və barrikada terror aktlarını təşkil etdiyi, Suriyanın Afrin və İraqın Sincar və Qara bölgələrində terror fəaliyyətləri həyata keçirdiyi müəyyən edilən terrorçu, Daxili İşlər Nazirliyində "Qırmızı Kateqoriya" üzrə axtarılanların siyahısında yer alıb.

İlahə Əliyeva