Türkiyə Ermənistanla əlaqələrin normallaşmasını Azərbaycanla paralel aparır
Türkiyə Ermənistanla əlaqələrin normallaşmasını Azərbaycanla paralel aparır
02.08.2024 Məhəmməd Əsədullazadə Tərəfindən

Türkiyə Ermənistan əlaqələrinin normallaşması Rusiyanın Cənubi Qafqazda geosiyasi mövqelərini kifayət qədər zəiflədəcək. İki tərəfli əlaqələrin inkişafı İranın mane olduğu Zəngəzur dəhlizinin açılması ilə nəticələnə bilər.

Məhz qardaş Türkiyənin Azərbaycana hərtərəfli dəstəyi nəticəsində Azərbaycana təzyiqlərin və təhdidlərin qarşısı alındı. Azərbaycan öz silahlı qüvvələri ilə Ali baş komandan İlham Əliyevin komandanlığı ilə öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Xarici təhdidlər məhz Türkiyə faktoruna görə neytral qaldı. Yoxsa, Rusiya Azərbaycana 2016-ci il aprel döyüşlərində olduğuu kimi irəliləyişimizə imkan verməyəcəkdi. Bizə nə İsrailin, nə də Pakistanin Türkiyə kimi dəstəyi olmayıb və olmayacaq.

Türkiyə işğal faktoruna görə Ermənistanla sərhədləri bağlayıb. İşğal ortadan qalxıb və Ermənistanla sərhədlərin açılmasında problem də aradan qalxib. Cənab prezident İlham Əliyev işğal faktoru aradan qalxdığı üçün Türkiyənin Ermənistanla normallaşma prosesində problem olmadığını qeyd etmişdi. Buna baxmayaraq qardaş Türkiyə Ermənistanla əlaqələrin inkişafını Azərbaycanla kordinasiyalı aparıldığını elan etdi.

Cənubi Qafqazda formalaşmış yeni geosiyasi nizamı Türkiyə ABŞ-la birgə əməkdaşlıq edir. Buraya Türkiyə Ermənistan əlaqələrinin bərpası, Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi və Zəngəzur dəhlizinin açılmasıdır.

Qeyd edim ki, ABŞ regiona yanaşması praqmatikdir və Azərbaycanın təhlükəsizlik maraqlarına cavab verir. Çünki ABŞ Mərkəzi Asiyaya açılım siyasətini və yüklərin daşınmasını Azərbaycan üzərindən Zəngəzur yolu ilə daşınmasını strateji hədəf hesab edir. Təbii ki, ABŞ məhz öz geosiyasi maraqlarına cavab verdiyi üçün Azərbaycanla maraqları üst-üstə düşür.

Məhz Azərbaycanın və Türkiyənin tələb etdiyi Zəngəzur dəhlizinin açılmasını artıq ABŞ Ermənistandan tələb edir.

Məhəmməd Əsədullazadə, Milli Cəbhə partiyasının başqanın müavini

visiontv.az