Türkiyə BMT TŞ-ni İsraili dayandırmaq üçün lazımi addımlar atmağa çağırıb
12.02.2024

Türkiyə İsrailin Qəzza zolağında Rəfah şəhərinə artan hücumlarından narahatdır.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.

Bu hücumların Qəzza xalqının öz torpaqlarından qovulması planının bir hissəsi olduğu qeyd olunub: “Davam edən hücumlar Qəzzadakı humanitar faciəni daha da dərinləşdirəcək və bölgədə daimi atəşkəsə nail olmaq səylərinə zərər verəcək. Beynəlxalq ictimaiyyəti, xüsusilə də BMT Təhlükəsizlik Şurasını İsraili dayandırmaq üçün lazımi addımlar atmağa çağırırıq”.

Visiontv.az