Köpəyin havadarları və Cənubi Qafqazın yeni dizaynı...
27.07.2024

Müdafiə Nazirliyinin bu dəfə təkcə qudurmuş Ermənistana deyil, onun havadarlarına da xəbərdarlıq etməsi lap yaxşı oldu.

Bir mətn şəkili ola bilər

Bu şeytan dəstəsini Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq kimi məkrli niyyətlərindən çəkindirmək çağırışı taktiki cəhətdən düzgün addımdır.

Şeytan "üçgən"inə ABŞ, Fransa və Avropa İttifaqı (EU) daxildir. Hindistan və İran da bu oyunda iştirak edir, "üçgən"in yanında yer alır, Ermənistanı sürətlə silahlandırır.

Ermənistanın köhnə-yeni havadarları sanki artıq tam açıq şəkildə vabanka gedir və son "güllə"lərini atırlar.

Bəli, Ermənistan arxalı köpəkdir. Amma arxalı köpək heç də həmişə qurdu basa bilmir.

Cənubi Qafqazın yeni dizaynı artıq Ermənistandan və onun havadarlarının istəklərindən asılı deyil.

Bəybala Mirzəyev

visiontv.az