Türk ölkələrinin vahid əlifbasından sonra növbə Türk dünyasının xəritəsinə çatdı
10.10.2024

Azərbaycan və Türkiyə mənbələrinə görə, Türk Dövlətləri Təşkilatının növbəti iclasında Türk dünyasında süni intellekt mövzusunda fikir mübadiləsi aparılacaq və bundan sonra Türk dünyasının xəritəsi təşkilatın üzvləri tərəfindən müzakirə olunacaq.

Daha sonra isə Türk dünyasının vahid xəritəsi üzərində işə başlanacaq və müvafiq mütəxəssislər tərəfindən bu xəritə çəkilib rəsmi olaraq təqdim ediləcək.

Rusiya mediası bu xəbərə ciddi şəkildə diqqət yetirir, hətta rusiyalı ekspertlər öz ölkələrinin televiziya kanallarında açıq şəkildə bildirirlər ki, Türk dünyasının xəritəsi Rusiya üçün ciddi bir təhlükədir, çünki bu xəritədə Rusiyanın yarısı yer alır. Buna görə də, rusiyalı ekspertlər Rusiya Federasiyası hökumətini Türk Dövlətləri Təşkilatının inkişafının qarşısını almaq üçün tədbirlər görməyə çağırırlar.

visiontv.az