Türk millət vəkili hökümətə etiraz etdi - "Liviyada nə işimiz var, Haydi Qarabağa!" - VİDEO
04.01.2020

Bu gün Türkiyə Böyük Millət Məclisində Liviyaya əsgər göndərilməsi haqqında Cumhurbaşqanlığı tezkeresi (icazəsi) müzakirə edilib və 184 əleyhinə, 325 lehinə olmaqla qəbul edilib.

Visiontv.az xəbər verir ki, müzakirə ciddi mübahisələrlə və kəskin tənqidlərlə müşahidə olunub. İYİ parti qrup başqan yardımçısı, İzmirdən olan millət vəkili Aytun Çıray sənədi kəskin tənqid edib.

Liviyaya əsgər göndərilməsinə etiraz edən millət vəkili Qarabağın işğal altında olmasını xatırladıb:

“Qardaş Azərbaycanın torpaqlarının yüzdə iyirmisi işğal altındadır. Tam qanunsuz olaraq. Haydı, qalxın gedəlim, oranı qurtaraq. Nədən etmirsiniz?”