Tramp Qrenlandiyada genişmiqyaslı geoloji kəşfiyyat işlərinə başlandığını bildirib
14.10.2026

Qrenlandiyada neft, qaz və mineral təhqiqatları başlayacaq.

Bunu  ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

Onun sözlərinə görə, bunun üçün hazırlıqlar gedir.

Tramp qeyd edib ki, bir sıra ekspertlərin fikrincə, Qrenlandiyadakı asanlıqla əldə edilə bilən neftin miqdarı dünyanın istənilən yerindən çoxdur.

“Daha vacibi budur ki, ABŞ-la  Avropanın müdafiə və hücumda təhlükəsizliyi baxımından bu bölgə birinci yerdədir. ABŞ-a qarşı istənilən gələcək hücum Qrenlandiya üzərindən olacaq. Orada bizim müdafiə qüvvələrimiz raket, dron və hələ məlum olmayan digər silah növlərini zərərsizləşdirəcək”, -Tramp vurğulayıb.

visiontv.az