Tramp: “Husilər daha gəmiləri batırmaqdan həzz almayacaqlar…”
03.04.2025

ABŞ prezidenti Donald Tramp İran tərəfindən dəstəklənən “Ənsarullah” (husilər) hərəkatının dəniz hücumlarına toxunaraq deyib ki, Vaşinqton bu təhlükəyə qarşı mübarizə aparacaq.

“Biz husiləri dayandıracağıq. Gəmiləri hədəf alaraq onları batırmaqdan həzz alırlar, bu, onlar üçün bir əyləncə növüdür. Ancaq indi o qədər də əyləncəli deyil”, - deyə, ABŞ prezidenti vurğulayıb.

Tramp qeyd edib ki, Yaxın Şərqdə yeni müharibənin başlamasına imkan verməyəcək.

visiontv.az