Şərqi Azərbaycanda xəbərdarlıq edilmədən işıqlar kəsilib
08.04.2025

Təbriz və Şərqi Azərbaycan vilayətinin müxtəlif bölgələrində əvvəlcədən xəbərdarlıq edilmədən elektrik enerjisi iki saatlıq kəsilib.

Məlumata görə, planlaşdırılan, ancaq əvvəlcədən xəbərdarlıq edilmədən həyata keçirilən bu kəsinti vətəndaşlar tərəfindən tənqid dalğasına səbəb olub.

Bəzi sahibkarlar  qəfil elektrik kəsilməsi səbəbindən dəyən ziyandan şikayətlənərək, məmurları bununla bağlı şəffaflığa çağırıblar. Hələlik Şərqi Azərbaycan Elektrik Paylayıcı Şirkəti məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Əvvəlki illərdə elektrik enerjisinin verilməsində fasilələr əsasən yayın qızmar istilərində və qışın çox soyuq günlərində baş verdiyi halda, vətəndaşlar indi ilin digər günlərində də bu kəsintilərin təkrarlanacağından narahat olaraq aidiyyatı qurumların cavabını gözləyirlər.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8