"Traktor" Klubunun Media Menecerinə qadağa tətbiq edildi
21.12.2025

İntizam komitəsinin verdiyi müvəqqəti əmrinə əsasən, "Traktor" Klibunun Media Meneceri Kərim Camaliyə qarşı müvəqqəti qadağa tətbiq olunub.

Bu haqda klub məlumat yayıb.

Bununla yanaşı "Traktor" Klubu Azarkeşlər Assosiasiyasının rəhbəri Vahid Rəsuli, klubun azarkeşləri Taib Lütfi, Məhəmməd Fənai, Sina Lütfi və Kazım Pakın da sonrakı xəbərdarlığa qədər hər hansı bir futbol fəaliyyətinə və futbol, ​​futzal və çimərlik futbolu stadionlarına girişinə qadağa qoyulub.

Bu, dünən Təbrizin Səhənd stadiolununda "Traktor" və Tehranın "Perspolis" komandaları arasında keçirilən görüşdən sonraya Tehran təmsilçisinin şikayəti əsasında baş verib.

Bununla eyni avxtda "Traktor" Klubu da bəyanat yayaarq, İran Futbol Federasiyası və İntizam Komitəsini ikili davranmaqda və ayrı-seçkiliyə yol verməkdə günhalandırıb.

Qeyd edək ki, həmin qarşılaşmada penaltı zərbələrindən sonra Təbriz təmsilçisi 9:8 hesabı ilə Tehran komandasını məğlub edərək kubok yarışlarından kənarlaşdırıb.

visiontv.az