“Terrorçularla mübarizəmizdə heç kim bizi sorğulaya bilməz”
“Terrorçularla mübarizəmizdə heç kim bizi sorğulaya bilməz”
09.12.2022 MEDİA Tərəfindən

“Biz həmişə haqqın, həqiqətin tərəfində olmuşuq. Ona görə də bu terrorçulara qarşı mübarizəmizdə heç kim bizi sorğulaya bilməz.”

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu “TRT World” Forumunda çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. 

Rusiya-Ukrayna müharibəsinin səbəb olduğu ölümlərlə yanaşı, bölgə və dünya üçün çox ciddi humanitar, iqtisadi və siyasi xərclər yaratdığını söyləyən Ərdoğan çıxışını belə davam etdirib:

“Türkiyə sabitlik gətirir, Türkiyə güvən verir, Türkiyə sülh üçün çalışır, Türkiyə böhranın deyil, həllin tərəfindədir. Türkiyə özü ilə bərabər bütün bəşəriyyətin xeyri üçün səy göstərir. Millət və ölkə olaraq qarşıdakı dövrdə də bu tarixi məsuliyyəti yerinə yetirməyə davam edəcəyik. Siyasi, hərbi və iqtisadi dəstəyimiz və işçi qüvvəmizlə Avropanın təhlükəsizliyinə və rifahına verdiyimiz töhfəni heç kim inkar edə bilməz. Açığını deyim ki, verdiyimiz bütün fədakarlıqlara baxmayaraq, birliyimizi və həmrəyliyimizi təhlükə altına alan terror təşkilatlarına qarşı mübarizəmizdə tək qaldığımızı heç vaxt unutmayacağıq. Biz həmişə haqqın, həqiqətin tərəfində olmuşuq. Ona görə də bu terrorçulara qarşı mübarizəmizdə heç kim bizi sorğulaya bilməz.”

İlahə Əliyeva