Tehranda Yeni il əhval-ruhiyyəsi: işıqlar, musiqi və Şaxta Baba
29.12.2025

İlin son və qışın ilk günləri ilə birlikdə Tehran da daxil olmaqla İranın bir sıra şəhərlərində Yeni il ab-havası hiss olunmağa başlayıb. Paytaxtın müxtəlif küçə və ticarət mərkəzlərində mağaza vitrinləri Milad rəmzləri ilə bəzədilib, Şaxta Baba fiqurları, işıqlı bəzəklər və Yeni il ağacları satışa çıxarılıb.

Bəzi ərazilərdə küçə işıqlandırmaları, canlı musiqi çıxışları və kiçik toplantılar şəhər mühitinə bayram ovqatı qatır. Bu mənzərə Miladın yalnız dini bayram kimi deyil, eyni zamanda mədəni bir hadisə kimi İran cəmiyyətində getdikcə daha çox görünür olduğunu göstərir.

Müşahidələrə görə, dini və mədəni fərqlərdən asılı olmayaraq, Milad simvolları və Yeni il ab-havası Tehran sakinlərinin gündəlik həyatında özünə daha geniş yer tapır.

visiontv.az