İsrail Kəşfiyyat və Təhlükəsizlik Agentliyi (Şabak) və polis İrana casusluq ittihamı ilə bir İsrail vətəndaşının saxlanıldığını açıqlayıb. Həmin şəxsin İsrailin mərkəzində yerləşən Rişon Lezion şəhərində yaşadığı bildirilir.
Rəsmi məlumata görə, 40 yaşlarında olan şübhəli son aylarda İran kəşfiyyatına bağlı şəxslərlə əlaqə qurub və onların göstərişi ilə müxtəlif kəşfiyyat tapşırıqlarını həyata keçirib. Bu tapşırıqlara keçmiş baş nazir Naftali Bennetin evi də daxil olmaqla bir sıra həssas obyektlərin görüntülərinin çəkilməsi daxildir.
Təhlükəsizlik orqanları bildiriblər ki, şübhəli məlumat toplamaq məqsədi ilə avtomobilə quraşdırılmış kameradan istifadə edib, əldə etdiyi görüntüləri və informasiyaları ölkə xaricinə ötürüb. Şabakın açıqlamasına əsasən, o, bu fəaliyyətlərə görə pul da alıb.
visiontv.az