Tehranda silahlı qarşıdurma: Üç polis güllələnib
21.05.2024

Tehranın Narmək məhəlləsində baş verən silahlı qarşıdurma zamanı 3 polis məmuru öldürülüb, bir neçə mülki şəxs yaralanıb.

Bu barədə Tehran Polis İdarəsi məlumat yayıb.

Tapançadan atəş açan şəxs quldur olduğu iddia edilib və başqa polislər tərəfindən güllələnərək öldürüldüyü deyilib.

Onun kimliyi və hadisənin baş vermə təfərrüatı barədə açıqlama verilməyib.

Qeyd edək ki, bundan əvvəl İran Polis Qüvvələrinin komandanı Əhmədrza Radanın güllələnərək öldürüldüyü barədə xəbər yayılıb.

Dövlət qurumları xəbəri təkzib edib, Əhmədrza Radanın vəzifəsini icra etməyə davam etdiyini bildiriblər.

visiontv.az