Tehranda etiraz aksiyasında 13 yaşlı azərbaycanlı yeniyetmə öldürülüb
08.02.2026

Tehranda keçirilən etiraz aksiyalarında 13 yaşlı azərbaycanlı yeniyetmə Əbülfəz Vəhidi güllələnərək öldürülüb.

Bu barədə onun ailəsi məlumat yayıb.

Bildirilib ki, günlər xəbərsizlikdən sonra atası yeniyetmənin meyitini Kəhrizəl həbsxanasında tapıb.

Vəhidinin bir neçə güllə yarası aldığı bildirilibb.

Qeyd edək ki, bu günə kimi etiraz aksiyalarında öldürülən 6941 nəfərin kimliyi dəqiqləşdirilib.

Təsdiq olunmamış bəzi məlumatlara görə, aksiyalarda öldürülənləri sayının 30 mindən çoxdur.

visiontv.az