Təbrizdə tikilməli olan hotelin fars bölgəsi olan Noşəhrdə açılışı olub
04.04.2025

Bundan əvvəl Təbrizdə tikiləcəyi bildirilən 5 ulduzlu Araz hotelinin Mazandaran əyalətinin Noşəhr şəhərində açılış mərasimi keçirilib.

Bu barədə Təbriz mediası məlumat yayıb.

Məlumata görə, açılış mərasimində İran Prezidentinin birinci müavini Məhəmməd Rza Arif də iştirak edib.

Təbrizli iş adamı Həmid Kəbir Cabbariyə məxsus  30 qatlı və 515 otaqdan ibarət olan hotelin inşasına 150 milyon dollar xərclənib və 900 nəfər hoteldə işə götürülüb.

İran mediasının yazdığına görə, Araz hoteli İran və Orta Şərqin ən böyük sahilyanı hotelidir.

Qeyd edək ki, bundan əvvəl Şərqi Azərbaycan və Təbriz şəhərinin turizm potensialını artırmaq üçün həmin hotelin Təbrizdə inşası planlaşdırılsa da, buna icazə verilməyib.

visiontv.az