“The Wall Street Journal”: Qrossi Tehrana səfər edəcək
14.04.2025

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi cari həftə ərzində Tehrana gələcək

Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

“BAEA-nın baş direktoru Rafael Qrossi Tehran və Vaşinqton arasında danışıqların növbəti raundu öncəsi bu həftə Tehrana yollanacaq”,- nəşr yazıb.

Bildirilib ki, o, Tehranın texniki və siyasi rəsmiləri ilə İran və Agentlik arasında əməkdaşlıq üçün yol xəritəsini müzakirə edəcək.

Qeyd edək ki, İran və Amerika arasında danışıqların ikinci raundunun aprelin 19-da Roma və ya Viyanada keçiriləcəyi ehtimal olunur.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8