Güneyli ata: “Elman adlı oğluma şəhadətnamə almaq üçün illərlə mübarizə apardım”
14.04.2025

Qoşaçaylı Mehdi Dərgahi Elman adlı oğluna doğum haqqında şəhadətnamə almaq üçün 5 il mübarizə apardığını bildirib. Güneyli ata bu barədə “Balamın Adı” kampaniyasına müsahibəsində deyib:

oğlumun adının Elman əvəzinə Əlman kimi qeyd edildiyini gördüm. Mən sənədi qəbul etmədim və qeydiyyat idarəsi rəisinin yanına getdim. O, mənə dedi ki, “həmzə” işarəsi ad sistemində yoxdur və bu ada şəhadətnamə verə bilmərik”.

Mehdi Dərgahi daha sonra məhkəməyə şikayət etdiyini söyləyib. Məhkəmə hakimi isə “əgər türk adı yerinə imam və ya peyğəmbər adını seçsəydin, mən sənin lehinə qərar çıxarardım”, deyib. Dərgahi hakimin qərarından da apellyasiya məhkəməsinə şikayət verdiyini açıqlayıb. O, 5 illik hüquqi mübarizədən sonra oğluna şəhadətnamə ala bildiyini qeyd edib.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8