Təbriz–Bakı–Məşhəd yeni hava marşrutu istifadəyə verilib
21.07.2026

İran Hava Yolları Şirkəti Təbriz–Bakı–Məşhəd marşrutu üzrə ilk müntəzəm uçuşunu həyata keçirib.

Məlumata görə, bazar günündən etibarən hər həftə icra olunacaq yeni reys Azərbaycan vətəndaşlarının Məşhədə ziyarət səfərlərini asanlaşdırmaq, eyni zamanda İran və Azərbaycan arasında hava əlaqəsini genişləndirmək məqsədi daşıyır.

Şirkətdən bildirilib ki, yeni marşrut şirkətin beynəlxalq uçuş şəbəkəsinin genişləndirilməsi proqramı çərçivəsində istifadəyə verilib və Nəcəf–Məşhəd, İstanbul–Məşhəd kimi ziyarət reyslərinə əlavə olunub.

Şirkət, habelə, bazar ertəsi və cümə axşamı günləri Tehran–Bakı və Bakı–Tehran istiqamətlərində müntəzəm uçuşların həyata keçirildiyini açıqlayıb. Bildirilir ki, bu addım iki ölkə arasında turizm, ticarət və mədəni əlaqələrin inkişafına töhfə verməyi hədəfləyir.

visiontv.az