Suriyanın Hələb vilayətinin Nakkarin kəndində devrilmiş lider Bəşər Əsəd rejimi tərəfindən öldürülən mülki şəxslərə aid olduğu güman edilən qalıqların basdırılmış kütləvi məzarlıq aşkarlanıb.
Məzarda təxminən 1500 nəfərin cəsədinin tapıldığı bildirilir.
GünazTV Türkiyənin Anadolu Agentliyinə istinadən xəbər verir ki, Baas rejiminin devrilməsindən sonra ölkə daxilində aparılan axtarış tədbirləri zamanı kütləvi məzarların üstü açılmağa davam edir. Hələb polisinə bağlı qüvvələr Hələbin Nəkkarin kəndində yeni kütləvi məzarlıq aşkarlayıb.
Kütləvi məzarlıqda devrilmiş rejim tərəfindən öldürülən mülki şəxslərə aid olduğu düşünülən cəsədlərin qalıqları aşkar edilib.
Suriya Xəbər Agentliyi (SANA) dekabrın 29-da Homs əyalətinin Hola bölgəsi ətrafında devrilmiş lider Əsəd rejimi tərəfindən öldürülən mülki şəxslərə aid olduğu güman edilən başqa kütləvi məzarlığın tapıldığını bildirib. Suriyada hələ aşkar edilməmiş onlarla kütləvi məzarlıqların olduğu düşünülür.
Axtarış tədbirlərinin məqsəd kütləvi məzarlıqlarda tapılan meyitlərin çıxarılması, şəxsiyyətlərinin müəyyən edilməsi və itkin düşənlərin taleyinin üzə çıxarılmasıdır.
visiontv.az