Suriyada SEPAH komandiri öldürüldü
10.07.2024

İyulun 9-da İsrail ordusunun Dəməşqin yaxınlığında avtomobilə PUA hücumu nəticəsində SEPAH-ın yüksək rütbəli zabitlərindən olan Əliəkbər Suhani öldürülüb.

Bu barədə israilli jurnalist Edy Kohen özünün X hesabında məlumat yayıb.

O, hücum nəticəsində Livan Hizbullahının yüksək rütbəli komandirlərindən biri Yasir Qərənbeş Əbülfəzlin də həlak olduğunu bildirib.

İsrail mediası isə hücumun əsas hədəfinin Hizbullah üzvü olduğunu yazıb.

Y.Q. Əbülfəzl Suriyadan Livana silah və personalın çatdırılmasına cavabdeh şəxs kimi Hizbullah üçün əhəmiyyətli kadr olub.

O, bundan əvvəl Hizbullahın lideri Həsən Nəsrullahın mühafizəçisi kimi fəaliyyət göstərib.

İran mediası və rəsmi dövlət qurumları SEPAH zabiti Əliəkbər Suhaninin öldürüldüyü barədə məlumat yaymayıb.

visiontv.az