Sumqayıtda kütləvi dava - 2 nəfər öldü
07.06.2020

Sumqayıtda bıçaqlanma hadisəsi olub.

Visiontv.az xəbər verir ki, hadisə axşam saatlarında şəhərin 10-cu mikrorayonunda baş verib.

Bir neçə nəfər arasında düşən kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb. Bıçaqlananlardan biri hadisə yerində ölüb. İki nəfər isə xəstəxanaya yerləşdirilib. Ölənlə bıçaqlananlardan biri qardaşdır.

Sumqayıtda kütləvi dava zamanı bıçaqlanan qardaşların kimliyi məlum olub.

1988-ci il təəvəllüdlü Qasımov Zöhrab Vəli oğlu ölüb, onun qardaşı, 1989-cu il təvəllüdlü Qasımov Tofiq isə yaralanıb.

Bıçaq yarasından ölən digər şəxs 1989-cu il təvəllüdlü Rəhimov Namiq Tahir oğludur.

APA