Şüca Xəlilzadə Traktorun Asiya turnirlərində ən çox oyun keçirən futbolçusu oldu
05.11.2026

Güney Azərbaycanın Traktor klubunun kapitanı Şüca Xəlilzadə Asiya Çempionlar Liqasının Elit mərhələsinin dördüncü turunda Özbəkistanın Neftçi komandası ilə qarşılaşmada meydana çıxmaqla klubun heyətində keçirdiyi Asiya oyunlarının sayını 28-ə çatdırıb.

Bu göstərici ilə Xəlilzadə Traktor tarixində Asiya turnirlərində ən çox oyun keçirən futbolçu olub.

Təcrübəli müdafiəçi 27 oyunla əvvəlki rekordun sahibi olan Mehdi Kiyanini geridə qoyaraq klubun qitə yarışlarında ən çox meydana çıxan futbolçuları siyahısında ilk pilləyə yüksəlib.

Xəlilzadə bu rekorda Təbriz klubunda iki ayrı dövrdə çıxış etdiyi müddətdə imza atıb.

visiontv.az