Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, İrandakı müharibənin fəsadlarına görə britaniyalılar böyük ehtimalla bəzi vərdişlərini dəyişmək məcburiyyətində qalacaqlar.
Bu barədə o, "Sky News" telekanalına müsahibəsində vurğulayıb. Hökumət rəhbəri deyib ki, Hörmüz boğazı dərhal açılsa belə, krallığın iqtisadiyyatındakı çətinliklər bir anda yoxa çıxmayacaq və öz təsirini davam etdirəcək.
"Məncə, bir çox amil münaqişənin nə qədər çəkəcəyindən asılı olacaq. Nəticələr ağırlaşarsa, insanların bu il istirahətə hara gedəcəkləri, supermarketdən hansı məhsulları alacaqları və digər bu kimi vərdişlərini dəyişdirmələri lazım gələ bilər", - deyə o söyləyib.
Bundan əvvəl Böyük Britaniyanın baş naziri bildirib ki, Yaxın Şərqdə yaranan gərginliyin krallıqda yaşayış xərclərinə təsiri qaçılmaz olacaq.
visiontv.az