SEPAH: Zəncanda ABŞ istehsalı bunker bombaları məhv edilib
28.04.2026

İran İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Zəncan əyalətində müharibədən qalan ABŞ istehsalı “GBU-57 Massive Ordnance Penetrator” (MOP) tipli bunker dağıdan bombaların zərərsizləşdirildiyini açıqlayıb.

SEPAH-ın yaydığı məlumata görə, əməliyyat zamanı 3 ədəd GBU-57 bombası məhv edilib, daha 1 ədəd bomba isə zərərsizləşdirilib.

Bəyanatda habelə qeyd olunub ki, həyata keçirilən tədbirlər çərçivəsində ümumilikdə 9 500 ədəd kiçik bomba da məhv edilib.

visiontv.az