Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində 10-dan çox insan həlak olub. 30-dan çox yaralı var.
VisionTV.az redaktor.az-a istinadən xəbər verir ki, hadisə ABŞ, Türkiyə və digər səfirliklərin, o cümlədən nazirliklərin, NATO-nun Əfqanıstandakı mənzil-qərargahının yerləşdiyi 9-cu polis bölgəsində qeydə alınıb. Hücuma görə məsuliyyəti "Taliban" terror qruplaşması üzərinə götürüb.
Terrorçuların hədəfində polislər olub. Hadisədən sonra antiterror əməliyyatları başlayıb.
Ombudsmanın əlilliyi olan şəxslərin hüquqları ilə bağlı hesabat hazırlaması təklif edilir